«iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri» kitabının qısa məzmunundan bir hissə
Auditoriyanıza problem olduğunu göstərin və bu problemin həll yolunu verin.
Təqdimatınızın planlama mərhələsində bu təqdimatın sizin haqqınızda olmadığını nəzərə alın. Bu təqdimat onlar haqqındadır. Auditoriyanızın dinləyicilərini yalnız bir sual maraqlandırır – “Bu təqdimat mənə nə verəcək və mənim nəyimə lazımdır?”. Əgər bu sualı təqdimatın əvvəlində cavablandırsanız, onda dinləyicilərin diqqətini cəlb edəcəksiniz və onlar çıxışınızı maraqla dinləyəcəklər.
İlk görəcəyiniz iş – “cinayətkar” (mənfi obraz) və “qəhrəman” obrazı yaratmaqdır.
Hər bir klassik hekayədə qəhrəman cinayətkara qarşı mübarizə aparır. Dünya səviyyəli təqdimatlara da eyni hekayəni tətbiq etmək olar. Stiv Cobs problemi cani, antaqonist kimi göstərməklə, bu problemin mütləq qaydada həll olunmasının vacibliyindən danışmaqla, inandırıcı hekayələrin təməlini qoyur.
Problemi dinləyicilərə çatdırdıqdan sonra, həmin qəhrəman bu problemin yeganə həll yolu kimi nümayiş etdirilir.
Stiv Cobsun nümunəsinə baxaq. iPod bazara çıxanda o, bu strategiyanı istifadə etmişdi. İnsanların ayaq üstə musiqiyə qulaq asmaq üçün bir çox variantları var idi, lakin onların hamısı komfortsuz və bahalı idilər. Bu mənzərə Stiv Cobsun təqdimatında bir cinayətkar kimi göstərilmişdi. Problemi təsvir etdikdən və insanların yaddaşına həkk olunduğuna əmin olduqdan sonra o, qəhrəmanı – iPod-u təqdim etdi.
Heç kim sizin məhsulunuz, Apple və ya Microsoft-un qayğısına qalmır. İnsanlar üçün vacib olan onların probleminin həll edilməsidir.
Karmin Qallonun «iTəqdimat. Stiv Cobsdan təqdimat sirrləri» kitabının qısa məzmununu online tam olaraq buradan oxuya bilərsiniz.