Yüksək effektli insanların 7 vərdişi
Stiven Kovi
RESENZİYA
Dövrümüzdə motivasiya ilə bağlı yazılan kitablar kifayət qədər çoxdur. Ancaq onlarda qeyd olunan məsləhətlər müəyyən qədər müvəqqəti xarakter daşıyır. Yəni siz onları maksimum bir və ya iki dəfə tətbiq edə bilərsiniz, onlar daimi prosesə çevrilmir. Ancaq Stefan Kovi sizə həyatınızı asanlaşdıran və uğurunuzu təmin edən yeddi vərdişə yiyələnməyi tövsiyə edir. “Yüksək effektli insanların 7 vərdişi” adlı kitabında həmin vərdişləri sadalayır və ətraflı şərhini verir. Bu kitab nəşr olunduğu gündən etibarən çox satılanlar siyahısından düşmür və “oxunmalı olan kitablar” siyahısında ilk sıralarda qərarlaşıb. Kitab həyatını asanlaşdırmaq istəyənlərə, yeni işə və fəaliyyətə başlayanlara, ümumiyyətlə götürdükdə isə hər kəsə faydalı ola biləcək bir kitabdır.
Müəllifin qeyd etdiyi 7 vərdiş aşağıdakılardır:
1. Aktiv olun və təşəbbüs göstərin.
2. Sonluq haqqında düşünərək işə başlayın.
3. Əvvəlcə ilk görməli olduğunuz işlərdən başlayın.
4. Qalib/Qalib ruhunda düşünün.
5. Öncə anlamağa, sonra anlatmağa çalışın.
6. Sinerjiyə çatmağa çalışın.
7. “Mişar”ı tez-tez itiləyin.
Kitabda təsvir olunan 7 Vərdiş müəllif tərəfindən bir sistem kimi birləşdirilmişdir. Buna görə də bu olduqca güclü yeddi alət, hətta ayrılıqda belə insana əlavə güc verir və istifadəsi asanlaşır. Kovinin “Yeddi vərdiş”ni oxuduqda siz effektivlik fəlsəfəsinə yiyələnirsiniz. Stefan Kovinin məsləhətləri özünün adlandırdığı kimi təbii qanunlardır və həyatın hər bir sahəsində həmişə keçərlidir. “Yeddi vərdiş” bütün biznes sahələrində, milli mədəniyyətindən asılı olmayaraq hər bir ölkədə istifadə oluna bilər.
Bu kitabın qısa məzmununu saytımızdan azərbaycan, türk, rus, gürcü və ingilis dillərində oxuya bilərsiniz.
Oxucuların qiymətləndirməsi: 10/10
ReadİT komandasının qiymətləndirməsi: 10/10