"Bir dəfə Şimali Koreyada" qısa məzmunu ilə tanışlıq

Oxucularda böyük maraq oyatmış  “Bir dəfə Şimali Koreyada” kitabının qısa məzmunundan kiçik bir hissəni sizə təqdim edirik.

 

Bir dəfə Şimali Koreyada

Suki Kim

 

Məşhur yazıçı Suki Kim könüllü ingilis dili müəllimi libasında Şimali Koreyaya gedərək gördükləri əsasında bir kitab yazır. Bu kitabın qiyməti ondan ibarətdir ki, o, terror, aclıq və qorxudan bəhs edən ilk kitablardan biridir (bəlkə də ilkdir). Onun təsvir etdiyi dünyada hər kəs öz yaxını haqqında xəbər verməlidir və heç kəs özünü təhlükəsizlikdə hiss etmir.

 

Şimali Koreyada əslində nələrin baş verdiyinə daxilindən baxın.

Siz elə bir ölkə təsəvvür edə bilərsiniz ki, orada ən parlaq və imtiyazlı tələbələr bütün dünyadan təcrid olunub, onlar heç vaxt məktub yazmayıb və Tacmahalın şəklini belə görməyiblər? Bəs hökümət cəsuslarının sizi hər yerdə izlədiyi, universitet şəhərciyi ətrafında qaçış belə edə bilmədiyiniz ölkə haqqında necə, eşitmisiniz?

Şimali Koreyaya xoş gəlmisiniz!

Məhz bu əhvalatlar kitabı bu qədər önəmli edir. Bu kitab, tərki-dünya krallığına daxilindən baxmaq imkanı yaradır.

Şimali Koreyaya daxil olmaq üçün maskalanandan sonra, məşhur yazıçı Suki Kim cəsuslarla dolu, aclıqdan, qorxudan və tam izolyasiyadan əziyyət çəkən bir dünyadan xəbər verir.

Bu kitabda siz aşağıdakılara aydınlıq gətirəcəksiniz:

• Niyə görə bəzi Şimali Koreyalılar otları qayçı ilə kəsmək məcburiyyətində qalırlar?

• Xarici KİV-ləri dinləyən insanlarla nə baş verir?

• Niyə Şimali Koreya rəhbərlərinin 35 mindən  çox heykəli var?


Bütün xəbərlər