"Müharibə sənəti" kitabının qısa məzmunu ilə tanışlıq
"Müharibə sənəti" kitabının qısa məzmunundan kiçik bir hissəni nəzərinizə çatdırırıq.
Müharibə sənəti
Sun Tsı
İki min il yarım istənilən kitab üçün böyük müddətdir. Amma dərslik olan bir kitabın bu müddət ərzində hamı tərəfindən oxunması unikal bir hadisədir. Həmçinin bu kitab populyarlığına görə dini kitablarla da rəqabət apara bilər. Kitabın hər bir sətrində istedadlı filosof və sərkərdələrin təcrübələri təsvir olunur. Onun bu qədər qiymətli olmasının ən böyük səbəblərindən biri də elə məhz budur. «Müharibə sənəti» — cəsusluğun nəzəri əsaslarını qoyan ilk kitabdır (Uzun müddət ərzində bu kitab bu mövzuda olan yeganə kitab idi). Bundan əlavə, kitabda düşmənlə effektiv mübarizə zamanı konstruktiv xaosdan istifadə olunması təsvir olunur. Qeyd edək ki, kitabda qeyd olunan xaos nəzəriyyəsinə Puankare, Kolmoqorov, Arnold, Mozes kimi riyaziyyatçı alimlər yalnız 20-ci əsrdə yaxınlaşıblar.
Müharibə dövlət üçün çox mühümdür. O, dövlətin yaşamasını və ya məhvini müəyyən edir.
Perspektivləri anlamaq üçün müharibənin beş elementini araşdırıb yeddi suala cavab tapmaq lazımdır.
Müharibənin beş elementi:
1. “Yol” – xalqın öz hökmdarına münasibəti necədir, ona şəksiz etibar edirmi, onun yolunda ölümə getməyə hazırdırmı? Bu element insan resurslarından və hökmdarın xarizmasından asılıdır.
2. “Səma”– bu müharibə aparan tərəfin sərəncamında olan müvəqqəti resurslardır.
3. “Yer”– yerin verdiyi üstünlüklər və çatışmamazlıqlardır.
4. “Sərkərdələr”– sərkərdələrin şəxsi keyfiyyətləri: zəkası, qərəzsizliyi və cəsarətidir.
5. “Qanun”– bu qoşunlara aid hər bir şeydir: onların döyüş hazırlığı, zabit heyətin səviyyəsi, təchizatın keyfiyyəti və s.
Müharibəyə başlayanın özünə verəcək yeddi sual:
1. Müharibədə iştirak edən hökmdarlardan hansı daha parlaq xarizmaya malikdir?
2. Müharibədə iştirak edən sərkərdələrdən (həm sizin, həm də əleydarlarınızın tərəfində) hansı daha istedadlıdır?
3. Onlardan hansı əvvələr “Səmadan” (müvəqqəti resurslardan) və “Yerdən” (yerin üstünlükləri və çatışmamazlıqlarından) istifadə edib?
4. Kimin ordusu daha intizamlıdır?
5. Kimin ordusu daha güclüdür, sayca daha çoxdur və daha yaxşı silahlanıb?
6. Kimin ordusu daha yaxşı təlim keçib?
7. Öz ordusu haqqında kimin daha yaxşı təsəvvürü var, kimi cəzalandırıb kimi mükafatlandırmaq lazımdır?
"Müharibə sənəti" kitabının qısa məzmununu tam olaraq burada oxuya bolərsiniz.