Tabe olmadan razılaşma mümkündürmü?

Tabe olmadan razılaşma mümkündürmü?

 

 

Müasir dünyada baş verən hadisələr insanları bu və ya digər mövzuda çoxsaylı mübahisə və müzakirələrə istiqamətləndirir. Bəs bu mübahisə və ya müzakirələri uğurlu şəkildə sonlandırmaq üçün nə etməliyik? Bu məsələdə sizə qısa “Bəli: Tabe olmadan razılşama metodu” kitabı kömək edəcək. Müəlliflər Uilyam Uri və Rocer Fişer bu kitabda düzgün mübahisə və müzakirə üsullarına toxunmaqla, onların bizim üçün faydalı olmasını necə təmin edə biləcəyimizi təsvir edirlər. Bu möhtəşəm kitab 30 il əvvəl çapdan çıxmasına baxmayaraq ana dilimizə hələ də tərcümə edilməyib. Kitabın azərbaycan dilində qısa məzmunun www.readit.az saytından oxuya bilərsiniz.

 

Müəlliflərin fikrincə, bütün danışıq metodları üç kriteriya üzrə qiymətləndirilməlidir:

 

- Razılaşma mümkün olduğu təqdirdə məntiqli bir razılaşma təmin edilməlidir;

 

- Həmin razılaşma effektiv olmalıdır;

 

- Tərəflərin əlaqələrini yaxşılaşdırmalı, yaxud da zərər verməməlidir;

 

“Çətin danışıqlar” bütün meyarlar üzrə uğursuzdur. Çünki bu zaman:

 

1. Məntiqsiz nəticələr çıxarılır.

 

2. Səmərəsizdir.

 

3. Əlaqələri təhlükəyə atır.

 

Bir çox insanlar sərt danışıqların çətinliklərini görür və bunun əvəzinə yumşaq danışıqları tətbiq edirlər. Yumşaq danışıqlar qarşı tərəfi düşmən kimi deyil, dost kimi görür, zəfərə əsaslanan əlaqələrin qurulmasının və saxlanmasının vacibliyini vurğulayır.

 

Fişer və Urinin ilk prinsipi insanları problemlərdən ayırmaqdır. İnsanlar fərdi olaraq məsələlərə və tərəflərin mövqelərinə qarışmağa meyillidirlər. Buna görə də, həmin məsələlərə və vəzifələrə olan hücumları fərdi şəkildə qəbul edəcəklər. İnsanları məsələlərdən ayırmaq tərəflər arasındakı münasibətlərə zərər vermədən problemi həll etməyə imkan verir.

 

Bundan başqa, müəlliflər insanların üç əsas problemini müəyyən edirlər. Birincisi, tərəflər arasındakı idraki fərqlərdir. Digərləri isə DuyğularÜnsiyyət-dir.

 

Uğurlu razılaşmalar vəzifələrə deyil, tərəflərin maraqlarına fokuslanır. Fişer və Urinin dediyi kimi “Mövqeyiniz sizin qərar verdiyiniz bir şeydir, o maraqlarınızın formalaşmasına təsir edir”. Məsələnin vəzifələr baxımından şərhi tərəflərdən heç olmasa birinin “uduzacağı” mənasına gəlir. Ancaq problem tərəflərin əsas maraqlarına uyğun olaraq şərh edildikdə, əksər hallarda hər iki tərəf üçün münasib nəticəni əldə etmək mümkün olur.

 

Müəlliflər kitab boyunca göstərirlər ki, əsas məsələ qalib gəlmək deyil, əsas məsələ hər iki tərəfin fayda əldə etməsidir. Fəaliyyətinizin mərkəzinə bu düşüncəni yerləşdirməklə, daha çox və böyük uğurlar qazana bilərsiniz.


Bütün xəbərlər