Sorğu üzrə axtarış nəticələri "%20%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%20Ivermectin%20For%20Dogs%20Heartworm%20%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%20www.Ivermectin-Stromectol.com%20%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%20Ivermectin%20And%20Scabies%20%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%EF%BF%BD%20Ivermectin%20Dog%20Side%20Effects%20,%20Ivermectin%20Half%20Life"
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Rəqabət strategiyası. Rəqib analizi metodları
Rəqabət strategiyası kitabı sektor üzrə rəqabətin araşdırılması, həmçinin uğurlu şirkətlərin strategiyalarının təsvirindən ibarətdir. Bu strategiya nəinki bazarda necə rəqabət aparmaq barədə dəyərli məlumat verir, həmçinin rəqib şirkətlər barəsindəki məlumatı istifadə edərək onları öz oyunlarında necə qabaqlaya biləcəyinizi göstərir.
Üç yaş artıq gecdir
Müəllif düşünür ki, balaca uşaqlar nə istəsələr öyrənə bilərlər. Onun düşüncəsinə görə böyüklərin çətinliklə qavradığı informasiyanı, körpələr oyun kimi qəbul edib daha tez öyrənirlər. Kitab müxtəlif üsullarla, yollarla körpələri bu prosesə necə cəlb etməkdən söhbət açır. Bu kitab balaca körpəsinin inkişafında maraqlı olan bütün ana və atalar üçündür. Kitab xüsusən uşaq planlaşdıran analar üçün maraqlı olacaq.
Düşün və Varlan
Düşün və Varlan 1937-ci ildə Napoleon Hill tərəfindən yazılıb və fərdi inkişaf kitabı olaraq tanıdılıb. Kitabın böyük qisimi gəlir artımı ilə əlaqədardır. Müəllif, həmçinin, kitabda öyrədilən fəlsəfənin insanların hər hansı bir sahədə müvəffəqiyyətli olmasına kömək edəcəyini söyləyir. İlk dəfə 1970-ci ildə nəşr olunan Düşün və Varlan kitabı elə həmin il 20 milyondan çox satılıb, eyni zamanda, 2015-ci ilə qədər dünya səviyyəsində 100 milyon nüsxə satılıb. BusinessWeek jurnalının Ən çox satılanlar siyahısında nəşr olunduqdan 70 il sonra belə ən çox satılan iş kitabı oldu. Bu kitab Con C. Maksvelin Ömür Boyu "Must Read" Kitab Siyahısında da öz yerini tutub.
Frikonomika. Baş verən hadisələr arasında gözlənilməz baglantılar haqqında fikirlər
Bu kitab sadə və aydın nümunələrlə iqtisadiyyatın yalnız tələb və təklif əyrilərindən ibarət olmamasından, ilk növbədə insanların tələb və təklifi formalaşdırmasından bəhs edir.
Müəlliflər – cavan alim iqtisadçı Stiven Levitt və jurnalist Stefan Dabner çox fərqli bir xüsusiyyətə sahibdirlər. Onlar indiyənədək heç kimin ağlına gəlməyən sadə suallara cavab axtarırlar və xüsusi meyarlarla ölçərək müasir dünyanın asanlıqla dərk olunması tezisini təsdiqləyirlər.
Biznesdə yeni dəb
“Biznes yeni dəbdə” kitabı – müasir biznesin manifestidir. Müəlliflər əmindirlər ki, şirkətin korporativ dünyası talantın yaşaya biləcəyi, kreativ fikirlərin yarana biləcəyi bir yerə çevrilməlidir. “Biznes yeni dəbdə” kitabı – Yeni iqtisadiyyatın dilini və qaydalarını öyrənmək istəyənlərin stolüstü kitabıdır.
Rework: Streotipləri sındıran biznes
Əksər kitablar sizə demək olar ki, eyni məsləhətləri verir: biznes planı hazırlamaq, rəqabət mühitini öyrənmək, investor axtarmaq və s. Əgər siz belə bir kitab axtarırsınızsa, bu kitabı kənara qoymağınız məsləhətdir, çünki əlinizdə olan bu kitab cəmiyyətdə qəbul edilmiş bütün fikirlərə ziddir.
Rework sizə biznesdə uğur qazanmağın daha optimal, tez və sadə yollarını göstərəcək. Oxuyun və öyrənin ki, planlar nəyə görə mənasızdır, nəyə görə investor cəlb etmək düzgün yol deyil və nəyə görə rəqabətə məhəl qoymamağınız məsləhətdir. Əslində biznesə başlamaq üçün sizə düşündüyünüzdən daha az şey lazımdır. Çoxsayılı görüşlərə vaxt ayırmağa, hətta ofis tutmağa belə ehtiyac yoxdur. Sizə yalnız və yalnız boş-boş danışıqları buraxıb, işə başlamaq lazımdır.
Çevik və asta düşüncə
Bizim addımlarımızı və hərəkətlərimizi fikirlərimiz müəyyən edir. Məgər biz daim öz fikirlərimizə nəzarət edirik? Nobel mükafatı laureatı Daniel Kaneman qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Düşüncəmiz iki sistemə malikdir. “Asta” düşüncə biz misal həll edəndə və ya məhsul seçəndə işə düşür. Adətən bizə elə gəlir ki, bu proseslərə nəzarət edirik, amma unutmayaq ki, şüurumuzda “cəld” düşüncə də işləyir – avtomatik, ani və dərk edilməyən...
Mərhəmətə 12 addım
Kitabın adından da göründüyü kimi yazıçı hər hansı bir insanın mərhəmətli olmağa gedən yolda keçməli olduğu on iki yoldan bəhs edir. Hər yol ayrı-ayrı şərh edən müəllif, oxucuya həyatı asanlaşdıran və gözəlləşdirən bir çox tövsiyələr verir.
Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?
Dr. Daniel Qoleman psixologiya sahəsində yenilik yaradan bu kitabında, “EQ” - nün IQ - dən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.