Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%A6%87%20Ivermectin%20For%20Humans%20Canada%20%F0%9F%92%9A%20www.Ivermectin-OTC.com%20%F0%9F%92%9A%20Ivermectin%2012%20Mg%20Usa%20%F0%9F%94%B5%20Oral%20Ivermectin%20For%20Humans%20Uk%20-%20Order%20Ivermectin%2012%20Mg%20Online%20Uk"
Fərdi MBA kursu
Müəllif cəmi bir kitabla sizə iki ildə öyrənəcəyiniz bilikləri verir. Hər müvəffəqiyyətli işin əsasını təşkil edən universal prinsipləri öyrənin, sonra isə pul qazanmaq, daha çox iş görmək və həyatınızda və işinizdə daha çox əylənmək üçün bu fikirləri istifadə edin.
Mavi okean strategiyası
Mavi okean startegiyası dünyanın 40 dilinə tərcümə edilmiş ən məşhur strategiya kitabıdır. Bu strategiyanın çox sadə ideyası var: Rəqiblərə qalib gəlməyin ən yaxşı yolu onlarla mübarizə aparmamaqdır. “Strategiya”nın müəllifləri kənara çəkilib yenilik etməyin yeganə yol olmasına əmindirlər. Bu zaman sizin biznesiniz “Mavi okean”ın sakit sularında inkişaf edəcək. Kitabda Çan Kim və Moborn şirkəti rəqabət stressindən çıxartmaq və yeni biznes modelinin yaratmaq üçün ətraflı təlimatlar təklif edirlər.
Təsir: Razısalma psixologiyası
Razısalma Psixologiyası həyatın hər sahəsində razı olma və razı etmə prosesinin daxili tərəflərini şərh edən bir kitabdır. Bütün dünyada ən çox satılanlar siyahısına daxil olan və bir çox dilə tərcümə edilən bu kitabda Caldini, biznes dünyasında, ticarətdə, marketinqdə, gündəlik həyatda və məhəbbətdə razı salma qabiliyyətinə sahib olmağın yollarını aydın və axıcı bir üslubda izah edir.
Bütün xəstəliklərin şahı: Xərçəngin bioqrafiyası
2011-ci il Pulitzer mükafatının sahibi olan “Bütün Xəstəliklərin Şahı” əsəri möhtəşəm bir xərçəng “bioqrafiyasıdır”: O xəstəliyin ilk dəfə rast gəlindiyi minlərlə il əvvəldən onu müalicə etmək, nəzarətdə saxlamaq və məğlub etmək üçün mübarizənin aparıldığı 20-ci əsrə və xəstəliyə tamamilə yeni aspektdən yanaşdığımız müasir dövrümüzə qədər bütün dövrləri əhatə edir. “Bütün Xəstəliklərin Şahı” xərçəngin sirrini tapmaq üçün çalışaraq, insanlara ümid və aydınlıq verən, cəlbedici, təsirli və çox vacib bir kitabdır.
Min möhtəşəm günəş
Min Möhtəşəm Günəş, ilk romanı Çərpələn Uçuran ilə böyük müvəffəqiyyət qazanan Hüseyninin ikinci romanıdır. Müəllif bu romanında iki qadının kəsişən həyatları və dostluqları üzərindən doğulduğu torpaqlarda yaşanan hadisələrdən bəhs edir. Bu əsər kiçik yaşda evləndirilən qızlar, uşağı olmayan qadınlar, ataya ya da uşaqlıq yoldaşına duyulan, keçmişə basdırılmış sevgilər haqqındadır.
Yaxşıdan Mükəmmələ
[ İlk dəfə azərbaycan dilində! ]
Cim Kolins bu kitabda yaxşı bir şirkəti mükəmməl şirkətə çevirməyin yollarından bəhs edir. Onun fikrincə, bu zaman şirkətlərin qarşısındakı ən böyük maneə olduqları vəziyyətlə kifayətlənməkdir. Müəllif kitabda bu məsələni analiz edir və mükəmməl şirkətə çevrilmək üçün lazım olan fəaliyyətləri şərh edir.
Şirkətinizi yaxşıdan mükəmmələ çevirmək istəyirsinizsə, bu kitab məhz sizin üçündür.
Futbolka və Kostyum: Yaradıcı biznesə aparan bələdçi
Bu kitab Biznes və Yaradıcılığın birlikdə fəaliyyətinin mümkünlüyü haqqındadır. Müəllif kitabda çoxsaylı qiymətli ideyalar və məsləhətlər verir, biznes elementlərini şərh edir, həmçinin nümunələr göstərir. Kitab əsasən kiçik və yeni fəaliyyətə başlayan müəssisələr üçün nəzərdə tutulub. Əgər siz marketinq, dizayn və ya ümumiyyətlə yaradıcılıqla maraqlanırsınızsa bu qısa məzmun məhz sizin üçündür.
Həvvanın üç qızı
Əlif Şəfəq axıcı dili və güclü hadisə axını ilə bizi inanca, inancsızlığa, axtarışa, fərqli qadınlara və eşqə dair möhtəşəm bir səyahətə aparır. Həvvanın üç qızı bizə Türkiyə ilə Avropa, dünən və bu gün arasında hərəkət edən aktual bir hekayə danışır. Bu roman əsrimizin ən çox müzakirə edilən mövzularından birini qeyri-adi qəhrəmanlar vasitəsilə şərh edən, axıcı və heç vaxt yaddan çıxmayacaq bir romandır.
Bütün dizaynerlərin insanlar haqqında bilməli olduğu 100 məsələ
Hər dizaynerin insanlar haqqında bilməli olduğu 100 əsas məsələni bir kitabda cəmləyən peşəkar psixoloq Susan Vaynşenk hamımızın necə oxuduğunu, gördüyünü, düşündüyünü, qərar verdiyini və hətta necə hiss etdiyini neyrologiya və davranış elmlərinə əsaslanaraq sadə və maraqlı fikirlərlə izah edir. Hər insanın fərqli bölmələrindən ilhamlana biləcəyi bu kitab bizi nələrin motivasiya etdiyindən tutmuş, necə səhv etdiyimizə qədər bir çox məsələni təhlil edir.