"Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları" kitabının qısa məzmunundan bir hissə

"Çevik satış" kitabından siz məhsuldarlığınızı artırmağın sirlərini və satışın istənilən sahəsində uğur qazanmağın yollarını öyrənəcəksiniz. Cil Konrat müvəffəqiyyətli satıcıların strategiyasını və onların yeni şəraitə uyğunlaşması yollarıını araşdırır. Həmçinin bizə öz işimizə necə uyğunlaşa biləcəyimizi izah edir.   


Daha çox satışa nail olmaq üçün maariflənməyi bacarmalısınız.

Satışda ən vacib məqam odur ki, satış prosesi heç vaxt asan olmur.

Hətta sizin böyük satış təcrübəsi olsa belə, bazarda hər hansı bir dəyişiklik baş verən zaman, sizə elə görünə bilər ki, bacarığınızı itirmisiz.

Bu, həm yeni fəaliyyətə başlayan, həm də təcrübəli satıcıların tez-tez çətinlik çəkmələrinin səbəbidir - satış sənəti daim dəyişir. Yeni başlayan satıcılar öz məhsulunu öyrənməyə və müştəri cəlb etməyə çalışarkən, daha təcrübəli satıcılar, şirkətin təkmilləşdirilmiş strategiyasına və ya tamamilə yeni məhsulun dövriyyəyə buraxılmasına görə çətinliyə düşə bilərlər.

Bu materialdan, məşhur satıcıların sirrinə - çevik təlim sənətinə yiyələnməklə, özünüzü zərbələrdən necə qorumağı – satış sahəsindəki dəyişikliklərə nece dayanıqlı olmağı öyrənəcəksiniz. Əgər çevik olmağı öyrənsəniz, həmişə arzu etdiyiniz dahi satıcıya çevrilə bilərsiniz.

Beləlikə, öyrənəcəksiniz:

- hansı yollarla daha produktiv olmaq olar?

- niyə optimist insanlar, pessimistlərdən daha çox satırlar?

- uğurlu satış üçün rol oyunları nə  qədər vacibdir?

 

Uğurlu satıcı olmaq üçün, dəyişikliklərə adaptasiya olmağı bacarmalısınız

Məhsulun nə qədər innovativ olmasından asılı olmayaraq, onu hər bir halda satmaq lazımdır. Və məhz bu zaman əsl satıcılar meydana gəlir.

Təəssüf ki, satış dünyası davamlı dəyişdiyinə görə satmaq o qədər də asan deyil.

Satış qrupları daima öz məhsullarını reallaşdırmağın daha effektli üsullarının axtarışında olmalıdırlar. Bu, yeni satış strategiyasının tətbiqi və ya yeni texnologiyaların (məs. əməliyyat sistemi) istifadəsi ola bilər. 

Bundan əlavə, uğur qazanmaq üçün, satıcılar çevik olmalı və hər vəziyyətə uyğunlaşmağı bacarmalıdırlar. Buna başqa tərəfdən baxın: ev xanımlarına qəhvə dəmləyən maşın satmaq üçün istifadə olunan üsullar, pərakəndə smartfon satışında səmərəli olmayacaq. 

Satışın davamlı dəyişən daha bir mühüm tərkib hissəsi – sizin alıcılardır. Bilməlisiniz ki, zaman keçdikcə alıcılar daha ağıllı və müdrük olurlar.

Ümumiyyətlə, son illər ərzində alıcılar daha çox dəyişiblər. Bu gün sadəcə məhsulun özəlliklərindən danışan satıcı heç kimə maraqlı deyil, çünki bu barədə məlumatı asanlıqla internetdən oxumaq olar.

Lakin, bu o demək deyil ki, satıcıya artıq ehtiyac yoxdur. 2011-ci ilin araşdırmaları göstərir ki, 53% istehlakçı üçün satıcının təcrübəsi, məhsulun qiymətindən, hətta məhsulun özündən belə daha vacibdir.

Belə ki, siz müştərinin istədiyi təcrübəyə maliksinizsə, məhsulunuzun ona niyə görə yararlı olduğunu göstərmək üçün özünüzü müştərinin yerinə qoya bilərsiniz

Lakin təcrübəyə bu cür fərdi yanaşma kifayət qədər mürəkkəbdir, belə ki, ətrafınızda hər şey dayanmadan dəyişir. Buna görə də, müvəffəqiyyət qazanmaq üçün, daha sürətlə öyrənməli, çevik təlim bacarıqlarına malik olmalısınız.

Çevik təlim - yeni şəraitə asanlıqla uyğunlaşmaq üçün fərqli vəziyyətlərdə yararlı olacaq bilik və bacarıqları tez zamanda qavramaq qabiliyyətidir. Məsələn, sizin ən böyük müştərinizin yeni icraçı direktor təyin etməsi sizin satışınıza da təsir göstərəcək. Bu dəyişikliyi öz xeyrinizə yönəldin, vəziyyətdən yeni bir şey öyrənin, təcrübənizi artırın, ən yaxşı satıcı olun. 

 

“Çevik satış: Davamlı dəyişən dövrdə vacib satış bacarıqları” (Agile selling) ​ kitabının qısa məzmununu tam olaraq burada oxuya bilərsiniz.   


Bütün xəbərlər