Sorğu üzrə axtarış nəticələri " 🏃♂️ Ivermectin 6mg For Humans 🎗 www.Ivermectin4Sale.com 🎗 Ivermectin Over Counter 😀 Order Ivermectin 12mg Uk | Ivermectin 6mg Online Uk"
Əbədi müştərilər
Bu kitabda K. Suell sadə dildə xidmət keyfiyyətini qaldıraraq müştərilərə səmimi və isti münasibət bəsləməklə şirkətin necə uğur əldə edəcəyindən danışır. Onun fikrincə daimi müştəri əldə etmək üçün sadəcə xidmətə önəm vermək yetərli deyil, bu yöndə şirkət əməkdaşlarının motivasiyası və şirkət daxili sistem də çox vacib şərtlərdəndir. Kitab ilk dəfə 1990-cı ildə ABŞ-da çap olunub və bu gün də öz aktuallığını itirməyərək ən çox satılan kitablar siyahısına daxildir.
Rəqabət strategiyası. Rəqib analizi metodları
Rəqabət strategiyası kitabı sektor üzrə rəqabətin araşdırılması, həmçinin uğurlu şirkətlərin strategiyalarının təsvirindən ibarətdir. Bu strategiya nəinki bazarda necə rəqabət aparmaq barədə dəyərli məlumat verir, həmçinin rəqib şirkətlər barəsindəki məlumatı istifadə edərək onları öz oyunlarında necə qabaqlaya biləcəyinizi göstərir.
Üç yaş artıq gecdir
Müəllif düşünür ki, balaca uşaqlar nə istəsələr öyrənə bilərlər. Onun düşüncəsinə görə böyüklərin çətinliklə qavradığı informasiyanı, körpələr oyun kimi qəbul edib daha tez öyrənirlər. Kitab müxtəlif üsullarla, yollarla körpələri bu prosesə necə cəlb etməkdən söhbət açır. Bu kitab balaca körpəsinin inkişafında maraqlı olan bütün ana və atalar üçündür. Kitab xüsusən uşaq planlaşdıran analar üçün maraqlı olacaq.
Biznesdə yeni dəb
“Biznes yeni dəbdə” kitabı – müasir biznesin manifestidir. Müəlliflər əmindirlər ki, şirkətin korporativ dünyası talantın yaşaya biləcəyi, kreativ fikirlərin yarana biləcəyi bir yerə çevrilməlidir. “Biznes yeni dəbdə” kitabı – Yeni iqtisadiyyatın dilini və qaydalarını öyrənmək istəyənlərin stolüstü kitabıdır.
Yüksək effektli insanların 7 vərdişi
Əlinizdə olan bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Sizcə, Stefan Kovinin “Yeddi vərdiş” kitabı effektivlik, psixologiya və idarəetmə haqqında çox sayda müxtəlif ədəbiyyatların olmasına baxmayaraq nəyə görə şərq və qərb publikasının qəlbini fəth edib?
Dostları qazanmaq və insanlara təsir etmək üsulları
“Dostları qazanmaq və insanlara təsir etmək üsulları” – Deyl Karneqinin 12 noyabr 1936-cı ildə işıq üzü görmüş və dünyanın bir çox dillərinə tərcümə olunmuş ən məşhur kitabıdır. Kitab praktiki məsləhətlər və həyati hadisələrin toplusudur. Bir ildən də az bir müddətə milyondan çox nüsxə satılan bu kitab on il ərzində “TheNewYorkTimes” qəzetinin ən çox satılan kitab siyahısında yer alıb (müəllif həyatda olduğu müddətdə ABŞ-da 5 milyondan çox nüsxə satılıb).
Rework: Streotipləri sındıran biznes
Əksər kitablar sizə demək olar ki, eyni məsləhətləri verir: biznes planı hazırlamaq, rəqabət mühitini öyrənmək, investor axtarmaq və s. Əgər siz belə bir kitab axtarırsınızsa, bu kitabı kənara qoymağınız məsləhətdir, çünki əlinizdə olan bu kitab cəmiyyətdə qəbul edilmiş bütün fikirlərə ziddir.
Rework sizə biznesdə uğur qazanmağın daha optimal, tez və sadə yollarını göstərəcək. Oxuyun və öyrənin ki, planlar nəyə görə mənasızdır, nəyə görə investor cəlb etmək düzgün yol deyil və nəyə görə rəqabətə məhəl qoymamağınız məsləhətdir. Əslində biznesə başlamaq üçün sizə düşündüyünüzdən daha az şey lazımdır. Çoxsayılı görüşlərə vaxt ayırmağa, hətta ofis tutmağa belə ehtiyac yoxdur. Sizə yalnız və yalnız boş-boş danışıqları buraxıb, işə başlamaq lazımdır.
Bənövşəyi İnək
Çox vaxt yaxşı məhsulun olması sizin bazardakı mövqeyinizi möhkəmlətmir. Ətrafda o qədər çox reklam var ki, bizim şüurumuz reklam mesajlarını dərk etməkdən imtina edir. İstehlakçı süzgəcindən keçmək üçün isə sizə qeyri-adi bir məhsul – Çəhrayı İnək lazımdır.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.
Biznes dünyasının macəraları
Biznesdə uğur qazanmaq üçün aparıcı professionalların necə müvəffəqiyyət qazandığnı və ya uğursuzluğa düçar olduğunu araşdırmaq lazımdır. Bu kitab sizə digərlərinin səhvləri üzərində öyrənməyə kömək edəcək. Kitab sizdə ötən əsrin bir sıra ən önəmli iqtisadi, maliyyə və biznes hadisələrinin epizodları barəsində hərtərəfli təsəvvür yaradacaq.
Bu kitabı oxuduqdan sonra Bill Geytsin ona Uoren Baffet tərəfindən hədiyyə edilən “Biznes dünyasının macəraları” kitabını nə üçün özünün bütün dövrlər üçün ən sevimli kitabı adlandırdığını da biləcəksiniz.