Sorğu üzrə axtarış nəticələri "%20%F0%9F%94%A5%20Ivermectin%2012mg%20Pills%20%F0%9F%8D%80%20www.Ivermectin-OTC.com%20%F0%9F%8D%80%20Is%20Ivermectin%20Otc%20Over%20The%20Counter%20%F0%9F%8E%87%20Order%20Ivermectin%203mg%20Uk%20-%20Stromectol%2012mg%20Tablets%20Usa"
Altı şlyapa nəzəriyyəsi
Altı şlyapa metodu – ingilis yazıçısı, psixoloqu və yaradıcı təfəkkür sahəsində mütəxəssis olan Edvard de Bononun hazırladığı ən səmərəli üsuldur. Bu kitabda müəllif kollektiv və şəxsi əqli fəaliyyəti strukturlaşdırmaqda yardımçı olan və bu fəaliyyəti produktiv edən yolları təsvir edir.
Varlı ata, kasıb ata
Müəlliflər əmindirlər ki, şagirdlər məktəbdə pul haqqında lazımi bilikləri əldə etmirlər və sonradan bütün həyatı boyu pulu istifadə etmək əvəzinə, onun üçün işləyirlər. Onlar oxucuya bu ciddi problemə başqa nöqteyi-nəzərdən baxmağı və uşaqları maliyyə çətinliyi ilə üzləşmədən öncə pulla davranış qaydasını öyrətməyi təklif edirlər.
Təsir: Razısalma psixologiyası
Razısalma Psixologiyası həyatın hər sahəsində razı olma və razı etmə prosesinin daxili tərəflərini şərh edən bir kitabdır. Bütün dünyada ən çox satılanlar siyahısına daxil olan və bir çox dilə tərcümə edilən bu kitabda Caldini, biznes dünyasında, ticarətdə, marketinqdə, gündəlik həyatda və məhəbbətdə razı salma qabiliyyətinə sahib olmağın yollarını aydın və axıcı bir üslubda izah edir.
Sarafan marketinqi
“Sarafan marketinqi” kitabı şirkət haqqında müsbət söz-söhbətin və şayiələrin TV reklamdan da daha effektiv bir alət olmasından danışır. Müəllif nümunələr və təlimatların köməyi ilə məhsul haqqında pozitiv söz-söhbətin yaradılmasını ətraflı təsvir edir. Əslində bu kitab məmnun müştərilərin digərlərinə məsləhət görərək bu və ya digər xidmətlərin və ya məhsulların niyə görə xoşlandıqlarını danışaraq pulsuz reklam etmələri haqqındadır. Sarafan marketinqinə insanlar daha çox inanırlar, çünki məsləhət görən insanın bu prosesdə çox vaxt şəxsi marağı olmur.
Möhtəşəm Tövsiyələr (Qabiliyyətli insanlar üçün!)
Möhtəşəm Tövsiyələr (qabiliyyətli kəslər üçün!) kitabında yazıçı Corc Luis bizə 120 tövsiyə verir. Qısa məzmuna müəllifin marketinq dünyasını və mədəni həyatımızı dərindən dəyişdirən şəxsi yaradıcı fikirlərini, həqiqətləri şərh edən tövsiyələrini və həyat hekayələrini oxuyacaqsınız. Siz də daxilinizdəki yaradıcı potensialı aşkar etmək istəyirsinizsə, bu kitabı mütləq oxuyun.
Vərdişlərin Gücü. Şəxsi və biznes həyatımızdakı vərdişlərimizin əsasında nə dayanır?
Çarlz Duhiq bu kitabda vərdişlərin niyə mövcud olduğunu və necə dəyişdirilə biləcəyini iti ağlı və düzgün ifadə qabiliyyəti ilə əyləncəli üslubda şərh edir. O, insanın təbiətinə istiqamətlənən yeni bir dünyagörüşü ortaya qoyur. Kitabı oxuduqdan bəzi insanların və şirkətlərin özlərini necə asanlıqla dəyişə bildiklərini, bəzilərinin isə uzun illər cəhd göstərməyinə baxmayaraq niyə bacarmadığını anlayacaqsınız.
Həvvanın üç qızı
Əlif Şəfəq axıcı dili və güclü hadisə axını ilə bizi inanca, inancsızlığa, axtarışa, fərqli qadınlara və eşqə dair möhtəşəm bir səyahətə aparır. Həvvanın üç qızı bizə Türkiyə ilə Avropa, dünən və bu gün arasında hərəkət edən aktual bir hekayə danışır. Bu roman əsrimizin ən çox müzakirə edilən mövzularından birini qeyri-adi qəhrəmanlar vasitəsilə şərh edən, axıcı və heç vaxt yaddan çıxmayacaq bir romandır.
Bütün dizaynerlərin insanlar haqqında bilməli olduğu 100 məsələ
Hər dizaynerin insanlar haqqında bilməli olduğu 100 əsas məsələni bir kitabda cəmləyən peşəkar psixoloq Susan Vaynşenk hamımızın necə oxuduğunu, gördüyünü, düşündüyünü, qərar verdiyini və hətta necə hiss etdiyini neyrologiya və davranış elmlərinə əsaslanaraq sadə və maraqlı fikirlərlə izah edir. Hər insanın fərqli bölmələrindən ilhamlana biləcəyi bu kitab bizi nələrin motivasiya etdiyindən tutmuş, necə səhv etdiyimizə qədər bir çox məsələni təhlil edir.
İdeya necə yaranır?
Müəllif Cek Foster ideya və reklam haqqında apardığı tədqiqatlara əsaslanaraq, öz tərzini və düşüncələrini də əlavə edərək “İdeya necə yaradılır?”, “İdeya yaratma prosesi necədir?”, “Hər hansı bir fikrin yaxşı, yoxsa pis olduğunu necə müəyyənləşdirmək olar?” kimi suallara bu tədqiqat kitabında faydalı və məntiqli cavablar verir.
Siqareti tərgitməyin asan yolu
Alen Kar öz şəxsi təcrübələrindən çıxış edərək siqareti tərgitmək üçün xüsusi bir üsul yaradıb. Bu üsulu “Siqareti tərgitməyin asan yolu” kitabında şərh edən müəllif inanır ki, həqiqətən istəyən hər kəs siqareti tərgidə bilər. Müəllifin bu kitabı 47 dilə çevrilib və onun üsulu sayəsində 14 milyondan çox insanın siqareti tərgitdiyi bildirilir.